Pis xatirələri necə unutmalı? - Gənclərə məsləhət

Pis xatirələri necə unutmalı? - Gənclərə məsləhət

"Pis xatirəni silməyə çalışmaqdansa, unudulasımövzunun üzərində dayanıb, onunla mübarizə aparmalıyıq” Hər birinsanın həyatında unutmaq istədiyi xatirələri olur. Xüsusilə yeniyetməlik və gənclikillərində istər sevgi, istər iş, istər dost münasibətlərində tez-tez pis hadisələrləqarşılaşır, zərbə alırıq. Bəs belə vəziyyətə düşdükdə nə etməliyik? Pis xatirələrinecə unuda bilərik?
PsixoloqMurad İsayev deyir ki, unutqanlıq, əslində, normal sağlam psixologiyası vəemosiyası olan insanlara məxsusdur: "Biz bəzən çətinliklərlə rastlaşandadeyirik ki, bu hadisə mənim beynimdən çıxsın. Amma bu, sadə proses deyil.Birinci növbədə qeyd etmək lazımdır ki, insan əslində problemləri, çətinlikləri,sıxıntıları ilə var olub. Psixologiyada hansısa pis anı dəyişdirib çıxarmaqmümkün olsaydı belə, insan beynində ciddi fəsadlar törədərdi. Yəni biz problemlərimizlədə yaşamağı öyrənməliyik. Beynindən nəyisə silməyi istəmək iradəsizliyin göstəricisidir.İradə zəifləyəndə insan da canı ağrımasın deyə, bu yollara baş vurur. İstərsevgidə, istər iş həyatında, istərsə də rəfiqəsi ilə münasibət pozulanda buproblem yaşanır və bunların hamısı eyniortaq nöqtədə birləşən emosiyalardır. Unutmaq istədiyimiz məsələləri aradan götürməkyerinə, insan, eqosunu iradəsinəmaksimum şəkildə tabe etməlidir. Biz, sadəcə problem anında deyirik ki, iradəmizzəifləyir, məhsuldarlığımız aşağı düşür, marağımız itir və s. Ona görə də pisxatirələri unutmaqdansa, unudulacaq mövzuların üzərində dayanıb, onunla mübarizəaparmağa çalışmaq vacibdir. Psixologiya sahəsi geri çəkilməyi deyil, irəli getməyi,adaptasiya olmağı tövsiyə edir. Əgər zəiflik göstərib geriyə addım atdınsa,problem sənin üzərinə gələcək”.

Əgər insan özündən çox kimisə sevirsə...
Psixoloqdeyir ki, təkcə problem anında deyil, sakit vəziyyətdə hər birimiz iradəmizigücləndirmək, eqomuzu sakitləşdirmək üçün öz üzərimizdə işləməliyik.Qidalanmağımıza, fiziki aktivliyimizə diqqət etməliyik: "Sosial həyatı zəifolan, özünü təsdiq edəcək imkanları az olan və həyatını tamamilə bir insana,bir əşyaya, bir işə bağlayan insanlarda tez-tez belə hallara rast gəlirik. Ammaonun əksini etsək, heç bir problem olmayan hallarda belə, güclü olmağaçalışsaq, qalib gələcəyik. Problemlər bizi gücləndirir. Hər birimizdə sosial, təbiipsixoloji, intellektual enerji var. Bunların hamısını bir kənara qoyub yalnızbir işlə məşğul olsaq, bir ideya arxasınca getsək, o zaman bizim dözümlülüyümüzçox aşağı olacaq.
Sakit vəziyyətdə dözümlülüyümüzü qaldırmalıyıq. Bu, təkcə unutmağa kömək etmir,həm də insanın güclü şəxsiyyət kimi formalaşmasına təkan verir. Tutaq ki, insanpis vəziyyətdədir və çıxış yolunu tapa bilmir. Psixologiyada bir psixoterapiyanövü var ki, insan öz təfəkkürü, dərk etməsi, analizi ilə hərəkətlənməlidir. Əgərhəqiqi mənada ətrafımızda olan narahatlıqlardan uzaqlaşmırıqsa, passiv formayakeçirik və məntiq, təfəkkür tamamilə emosiyanın ixtiyarına verilir. Bir müddətemosiyadan uzaq dura bilsək, artıq məntiq və təfəkkür işləməyə başlayır. Biz bütüngünü kimisə unutmadığımızı beynimizə yeritsək, şəkillərinə baxsaq, xatırlamağaçalışsaq, bunlar dəhşətli fəsadlar verəcək. Biz həmin insanı bütləşdirir,ilahiləşdirir, totem halına gətiririk. Reallıqdan daha çox, ona qarşı bağlılıqhissimiz artır. Bunlar olmasın deyə, hisslərimizi məntiq və təfəkkürlə idarəetməyə çalışmalıyıq. Duyğular da lazımdır. Amma sırf bu formada davam edirsə,ağır formada xəstəliklərə gətirib çıxarar. Sağlamlıqdan önəmli, həyatda heç nəyoxdur. Əgər insan özündən çox kimisə sevirsə, burada artıq hisslər itib və məntiqləhərəkət edir. Hərəkətlənmək və dərk etməklə bu problemi aradan götürmək olar”. Aygün Əziz

Mənbə: kaspi.az