Vyetnamın “korona” açıqlaması dünyanı silkələdi

Vyetnamın “korona” açıqlaması dünyanı silkələdi

Vyetnamda koronavirusa yoluxanlar sağalaraq xəstəxanalardan evə buraxılıb.

Axar.az xəbər verir ki, bu barədə Vyetnam Səhiyyə Nazirli məlumat yayıb. Məlumatda koronavirusa yoluxmuş 16 nəfərin hamısının sağaldığı və xəstəxanalardan buraxıldığı bildirilib. Qeyd edilib ki, hazırda Vyetnamda koronavirusa yoluxma halı yoxdur.

Vyetnam Səhiyyə naziri mətbuata açıqlamasında koronavirusla mübarizəni bundan sonra da ciddi şəkildə davam etdirəcəklərini vurğulayıb:

“Koronavirusla mübarizə bir döyüşdürsə, bu döyüşün ilk turunda qalib gəldiyimizi elan edə bilərik. Ancaq “müharibə”ni tamamilə qazana bilməmişik. Çünki virus təhlükəliliyini hələ də qorumaqdadır”.

Mənbə: axar.az