Sindxi dilində Azərbaycanla bağlı məqalələr... – Video

Sindxi dilində Azərbaycanla bağlı məqalələr... – Video

Vikipediyada yeni bir layihəyə start verilib.

Kult.az xəbər verir ki, azərbaycandilli Vikipediyada Pakistanda və Hindistanda yaşayan sindxi xalqı, sindxidilli Vikipediyada isə Azərbaycanla bağlı məqalələr yaradılır. Bu layihədə Azərbaycanı Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları Elnur Nəciyev və Günay Nəciyeva, sindxiləri isə vikipediyaçı Əsəd Əli Racpar təmsil edir.

Layihə çərçivəsində sindxidilli Vikipediyada Azərbaycanın abidələri, görkəmli şəxsiyyətləri, əlamətdar tarixi günləri və musiqisi ilə bağlı məqalələr yerləşdirilib.

Xatırladaq ki, sindxi dilində 60 milyona yaxın insan danışır.

 

Mənbə: axar.az