Lerikdə erməni qızın tələbə bileti tapıldı: Rəsmi açıqlama – FOTO

Lerikdə erməni qızın tələbə bileti tapıldı:

Azərbaycanın Lerik rayonunda erməni qıza aid tələbə biletinin tapılması haqda məlumat yayılıb.

“Teleqraf” İnformasiya Agentliyinin əməkdaşı məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayb.

İcra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova bildirib ki, quruma bununla bağlı müraciət daxil olmayıb:

“Əgər hansısa məlumat olarsa, bu barədə açıqlama veriləcək”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan isə bildirilib ki, qeyd olunan məsələ ilə bağlı açıqlama vermək onların səlahiyyətlərinə aid deyil.

WhatsApp Image 2025 02 12 at 14.15.09

Mənbə: globalinfo.az