Həkim və orta tibb işçiləri üçün koronavirusla mübarizə ilə əlaqədar videomühazirələr hazırlanıb

Həkim və orta tibb işçiləri üçün koronavirusla mübarizə ilə əlaqədar videomühazirələr hazırlanıb

Bakı, 25 mart, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının dünyada coğrafiyasının genişləndiyi şəraitdə qlobal təhlükənin ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin qorunması istiqamətində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda bir sıra işlər görülür.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, həkim və orta tibb işçiləri üçün kiçik qruplarda koronavirusla əlaqədar təhlükəsizlik və biomühafizəyə yönləndirilmiş xüsusi təlim-treninqlər keçirilir.

Səhiyyə Nazirliyinin tapşırığı ilə institutda virus və ondan qorunma yolları ilə bağlı məlumatlar, əks-epidemik tədbirlər haqqında informasiyaların tibb mütəxəssislərinə onlayn və ya distant şəklində çatdırılması üzərində işlər başa çatmaq üzrədir. Artıq koronavirusla mübarizə ilə əlaqədar videomühazirələr hazırlanıb və institutun saytında yerləşdirilub. Saytda koronavirusun yayılması, kiniki mənzərəsi, müalicəsi, profilaktikası və əks-epidemik tədbirlər haqqında 5 videomühazirəni iziləmək mümkündür.

Mənbə: azertag.az