Türkiyənin Səhiyyə naziri: “Koronaviruslu xəstələrimizlə bağlı elektron sistem vasitəsilə gündəlik məlumatlar veriləcək”

Türkiyənin Səhiyyə naziri: “Koronaviruslu xəstələrimizlə bağlı elektron sistem vasitəsilə gündəlik məlumatlar veriləcək”

“Hazırda ağır vəziyyətdə olan 136 xəstəmiz var”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Təhsil naziri Ziya Səlcuqla birgə keçirdiyi mətbuat konfransında bu fikirləri bildirib.

Nazir deyib ki, Türkiyə əhalisinə yeni tip koronavirusla (COVID-19) bağlı rəqəmsal texnalogiyalar vasitəsilə gündəlik hər bir məlumat veriləcək: “Elektron lövhədə əhalimiz hər gün nə qədər şübhəlidən götürülən test müayinələri, xəstəliyə yoluxma, müalicə edilənlər, vəziyyəti ağır olanlar və ölənlər barədə yenilənən məlumatlarla tanış olacaq”.

Nazir bildirib ki, elektron sistem üzərindən yayılan bu məlumatlar gün ərzində səhər və axşam saatlarında yenilənəcək.

Fəxrəddin Qoca onu da vurğulayıb ki, cəmiyyətdə hər kəs özünü koronavirus daşıyıcısı zənn edərək izolə olunca bu təhlükədən zərərsiz ötüşmə müddəti bir o qədər tez başa çatar.

Mənbə: apa.az