Mendeleyev cədvəlinin 19-cu elementi COVİD-19-un qarşısını alır...

Mendeleyev cədvəlinin 19-cu elementi COVİD-19-un qarşısını alır...

Modeator.az saytında yayımlanan “Mendeleyev cədvəlindəki bu element koronavirusun dərmanıdır” başlıqlı yazımızda Dövri Sistemdən çıxarılmış “Nyutoniy” elementinin Koronovirusun dərmanı olduğunu əsaslandırmışdıq.

(Bax:

https://www.moderator.az/news/316701.html)

Qeyd etmişdik ki, “Efir” adlanan bu elementin sirlərini dərindən bilməklə, bundan bir çox sağalmaz xəstəliklərin, o cümlədən də koronavirusun müalicəsində istifadə etmək mümkündür. Necə ki, Nikola Tesla bu sirləri kəşf etməklə, daimi işləyən mühərriki, enerjinin naqilsiz ötürülməsini ixtira etmişdi.

Məqalənin yayımlanmasından sonra ünvanımıza çoxsaylı suallar gəlməkdədir. Oxucularımız soruşur ki, hansı qidalarla qidalansaq bu xəstəliyə yoluxmarıq?

Maraqlıdır ki, COVİD-19-un qarşısını alan element də Dövrü Sistemdə 19 ədədi ilə nömrələnmişdir. Belə ki, Mendeleyev cədvəlinin 19-cu elementi olan Kalium orqanizmdə quruluğun qarşısını alaraq, nəmlik yaradır. Bildiyimiz kimi, koronavirusa yoluxmanın ilk əlaməti də boğazda və ağ ciyərlərdə quruluğun yaranmasıdır ki, nəticədə xəstədə quru öskürək başlayır. Ona görə də insanlar tərkibində Kalium olan qidalar qəbul etməlidirlər. Bununn üçün, məsləhət görərdik ki, indiki zamanda oxucularımız çovdar çörəyi, buğda çörəyi, qayısı, quru üzüm. yerkökü, böyürtkən, əncir, kivi, yemiş, şaftali, portağal, greyfurt, kök, kartof, balqabaq, brokoli, gül kələm, mərcimək, lobyalar, süd-qatıq (yağsız ve ya az yağlı) daha çox istifadə etsinlər. Bunların tərkibində Kalium elementi çox olduğundan və Kalium da bədəni qurumadan qoruyub, nəm saxladığından indiki dövrdə istifadə edilməsi zəruridir.

Araşdırmalarımız göstərir ki, koronavirusun qarşısın alan ikinci element Flordur. Burada diqqəti cəlb edən digər məqam ondan ibarətdir ki, Florun da atom kütləsi 19(!)-dur. Bu elementin əsas funksiyası orqanizmi infeksiyalardan (!) qorumaqdır.

Hesab edirik ki, indiki dövrdə insanlarımız Florla zəngin olan məhsulları da öz rasiyonlarına daxil etməlidirlər. Bu məhsullar isə, əsasən somon balığı, alma, yumurta, dəniz məhsullarıdır.

Koronavirusun dərmanını axtaran alimlərə məsləhət görərdik ki, Mendeleyev cədvəlinin 19-a bağlı elementlərinə müraciət etsinlər.

Hazırda xəstəxanalarda müalicə alan xəstələrə tərkibində Kalium və Flor olan preparatlar tətbiq edilməlidir.

Söz ardı: koronavirusun ən effektli müalicəsi isə, ötən yazımızda qeyd etdiyimiz kimi, Mendeleyev cədvəlindən çıxarılan Efir enerjisidir ki, onu da seanslarla ötürürük.

Dr. Paşa Yaqub

Mənbə: moderator.az