Yaşlı insanlara evlərində sosial xidmət - Müraciətlər əsasında siyahı tərtib edilib

Yaşlı insanlara evlərində sosial xidmət - Müraciətlər əsasında siyahı tərtib edilib

Hazırda 142 Çağrı mərkəzindəyik buarada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə dair məsələlər, eyni zamanda bu sahədə əhaliyə göstərilən elektron xidmətlərlə bağlı şikayət, sorğu və məlumat xarakterli müraciətlər qəbul olunur. Onu da deyim ki, iki gündür ölkədə elan olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq 142 çağrı mərkəzi güxləndirilmiş iş rejimində fəaliyyət göstərir.

İki gün ərzində 2300-ə yaxın zəng daxil olub ki onlardan 600-ə yaxını məhz bu məsələ ilə bağlı olub, STIK Bütün vətəndaşların müraciətləri qeydə alınıb. Onların siyahıları tutulmuş və müvafiq şöbələrə təqdim edilib. Çağrı mərkəzi 142-yə təkçə Bakı deyil bütün Azərbaycanın bölgələrindən zənglər daxil olur. Onların hər biri cavablandırılır.

Müsahibimiz qeyd edir ki, daxil olan müraciətlər ya yerində cavablandırılır, ya da vətəndaşlara sənədlərini Nazirliyin struktur bölmələri üzrə yaradılan müvafiq elektron ünvanlara göndərmələri tövsiyə olunur.

Zəngləri qəbul edib vətəndaşların suallarını cavablandıran operator bizim də suallarımızı cavablandırdı.

Çağrı mərkəzinə gələn zənglər dəqiqləşdirilərək yaşlı insanların evinə sosial işçilər göndərilir. Elə biz də sosial izoloasiya tədbirləri çərçivəsində yaşlılara göstərilən xidmətlə tanış olmaq üçün belə sakinlərdən birinin evində olduq.

65 yaşından yuxarı xəstələrə onlara zəng edirlər, ünvanlarını bizə bildirilər biz də o ünvanlara dərmanlarını, bazarlıqlarını, sularını, çörəklərini alır aparır veririrk. Gündə neçə dəfə həmin evlərə gedirsiniz?- Olur 3 dənə olur 5 dənə stık: o zənglərlə bağlıdır. Bu gün Nadejda xanıma hansı köməklər etmisiniz?- Bzarallığını edib dərmanını almışam. STIK Davleniyasını ölçdüm. Lazım olur sqoru çağırıram. Gündə üç dəfə yeməyini verirəm.

Yeri gəlmişkən çağrı mərkəzində olan zaman insanların qaynar xəttə zəng edərək maddi yardım istədiyinin şahidi olduq. Xatırladaq ki, bu sosial xidmətlər maddi yardımla səhv salınmamalıdır.

Onu da qeyd edək ki, 142 çağrı mərkəzində istifadə olunan xüsusi alt sistemlər vasitəsi ilə əhali tərəfindən verilən informasiyaların düzgünlüyü və dəqiqliyi yoxlanılır.

atv.az

Mənbə: www.atv.az