Türkiyəli bloqerdən Azərbaycana təşəkkür - “Oğlum vəziyyətindən razıdır”

Türkiyəli bloqer və Məşhur aşpaz Suna Kazımoğlu oğluna görə Azərbaycana təşəkkür edib.

Sosial şəbəkə vasitəsilə evdə qal çağırışı edən bloqer Nyu-Yorkda oxuyan oğlunun təyyarə ilə Azərbaycana gəldiyini və hazırda karantində olduğunu bildirib. Suna Kazımoğlu qeyd edib ki, oteldə karantində olan oğlu hər gün hərarətlərinin ölçüldüyünü, yeməklərinin vaxtında verildiyini, onlara çox gözəl baxdıqlarını bildirərək vəziyyətindən razılıq edir. Bu qədər diqqət və qayğıya görə Azərbaycana təşəkkür edən bloqer bildirib ki, Azərbaycan qısa zaman ərzində koronoavirusa qarşı mühüm tədbirlər həyata keçirib və bu istiqamətdə öndə olan ölkələrdəndir.

atv.az

Atv.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bu restoran evdən çıxması qadağan olunan şəxslərə pulsuz yemək göndərir - VİDEO

SONRAKI XƏBƏR

Keçmiş deputatın 33 yaşlı bacısı qızı koronavirusdan öldü – FOTOLAR