Bakıda binanın həyətində yeni tikili ucaldılıb - VİDEO

Bakıda yaşayış binasının yaxınlığında ucaldılan yeni tikili bır sıra narazılıqlara səbəb olub.

Söhbət Köhnə Günəşli, İnqilab İsmayılov küçəsi, bina 50 ünvanında yerləşən binadan gedir.

Sakinlər bildirir ki, yaşadıqları binanın sağ tərəfində ucaldılan altımərtəbəli yeni tikili ciddi problemlərə səbəb olub:

“Binanın ucaldığı ərazi uşaq parkı kimi fəaliyyət göstərirdi. Sonra həmin ərazidə yeni binanın tikintisinə başlanılıb. Bununla həm uşaqların parkı, həm də sakinlərin gediş-gəliş üçün istifadə etdiyi yol ləğv olunur.

Problem isə bununla bitmir. Əsas narahat olunası məsələ odur ki, yeni tikilinin kanalizasiya xətti köhnə binanın problemli kanalizasiya sisteminə birləşdiriləcək”, - sakinlər Baku TV-nin əməkdaşları ilə söhbətlərində bildiriblər.

Daha ətraflı videosüjetdə:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Çin koronavirusdan ölənlərin sayına görə üçüncü yerə düşdü - SİYAHI

SONRAKI XƏBƏR

BMT kasıb ölkələrə koronavirusa qarşı mübarizədə yardım edəcək