Konor Makqreqor həkimlər üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq

Konor Makqreqor həkimlər üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq

Bakı. Trend:

İrlandiyalı MMA döyüşçüsü Konoq Makqreqor İrlandiyada koronavirusa yoluxan xəstələrlə işləyən hərkimlər və tibbi personal üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, K.Makqreqor bu barədə İrlandiyanın maliyyə naziri Paskal Donoxyuya bildirib.

Nazirlər yazışmanın "skrinşotları" döyüşçünün "Twitter" səhifəsində paylaşılıb.

K.Makqreqor alacağı vasitələri koronavirusdan ən çox zərərçəkən Lenqster əyalətinin xəstəxanalarına verəcəyini bildirib.

Qeyd edək ki, hazırda İrlandiyada 1,3 min koronavirusa yoluxan şəxs var, 7 nəfər ölüb.

Mənbə: az.trend.az