Müsəlman ailəsi gündə 1000 maska tikərək pulsuz paylamağa başladı...- FOTOLAR

Müsəlman ailəsi gündə 1000 maska tikərək pulsuz paylamağa başladı...- FOTOLAR

Əfqanıstandan Türkiyəyə köçən və burada dərzi sexi açan qardaş və bacılar: Məhəmməd və Dərya və Hədiye Əhmədilər koronavirus pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə tibbi maskalar tikməyə başlayıblar.

Moderator.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, müsəlman ailə gündə orta hesabla 1000 maska istehsal edir və insanlara pulsuz paylayır.

“9 il əvvəl Əfqanıstandan gəldik və Tokatda yaşamağa başladıq. Bu gün isə koronavirusa qarşı mübarizəyəyə töhfə vermək istədik" - Dərya Əhmədi belə deyib.

Şəhər rəhbərliyi bu çətin dövrdə belə vacib və xeyirxah bir işə görə ailəyə minnətdarlığını bildirib.

Sultan Laçın

Mənbə: moderator.az