Rəqsanədən örnək addım

Rəqsanədən örnək addım

DİA.AZ: - Müğənni Rəqsanə İsmayılova hazırda koronavirusla əlaqədar olaraq Rusiyadan çıxa bilməyən və çətin vəziyyətdə qalan soydaşlarımıza səslənib.
DİA.AZ xəbər verir ki, bununla əlaqədar İsmayılova sosial şəbəkədə paylaşım edib: “Əziz həmvətənlər, hazırda dünyada yaşananlar çətin gəlsə də, biz bir olub öhdəsindən gələcəyik. Bilirəm, indi Moskvada olub Bakıya qayıtmaqda çətinlik çəkənlər var. Hava limanında qalanlar, vətənə qayıda bilməyənlər mənə yazsın. Əlimdən gələn köməkliyi edəcəyəm. Bunu özümə vətəndaş borcu bilirəm”.
Müğənninin bu addıma izləyiciləri tərəfindən alqışlarla qarşılanıb.

Mənbə: www.dia.az