Azərbaycanda koronavirusa yoluxanların sayı 93 nəfərə çatıb – 3 xəstənin vəziyyəti ağırdır

Bu günədək Azərbaycanda koronavirusa ümumi yoluxanların sayı 93-dür və koronavirusdan 2 ölüm faktı qeydə alınıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir.

25 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 81 nəfərdir, onlardan 3 pasiyentin vəziyyəti ağır, 5 pasiyentin vəziyyəti orta ağırdır.

Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək

Olaylar.az

ƏVVƏLKİ XƏBƏR

Google şirkəti Google Play-dən oyunların yüklənməsi prosesini tamamilə dəyişir

SONRAKI XƏBƏR

Erməni hərbçilər koronavirusa yoluxa bilər