Sərnişinlər Bakıdakı 50-dən çox marşrut avtobusunda dezinfeksiya dispenserlərini qırıb

Bakıdakı marşrut avtobuslarında sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün qoyulan dispenserləri bəzi sərnişinlər qırıb.

Bunu “Report”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, son bir neçə gündə 50-yə yaxın belə hal baş verib: “BakuBus”da belə halla gündəlik rastlaşırıq. Həmin dispenserlərin içindəki məhlulu dağıdıb yerə tökdükləri hallar da olur. Son dayanacaqda avtobusları təmizləməli oluruq. Bir neçə gün ərzində 50 avtobusda belə hal olub”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Pərviz "Survivor"dan koronavirusa görə evinə zəng etdi: eşitdiklərini gözyaşı ilə qarşıladı - VİDEO

SONRAKI XƏBƏR

COVID-19 daşıyıcıları infeksiyadan sonrakı ilk həftədə daha təhlükəlidir - ARAŞDIRMA