Amerikalı Ekspertdən sensasion açıqlama - Alimlər Koronavirusun Taun xəstəliyi ilə oxşar cəhətlərini aşkar etdilər - VİDEO

Son bir neçə ay ərzində COVID-19 pandemiyası və ya cəmiyyətdə koronavirus adı ilə tanınan yoluxucu xəstəlik bütün dünyada dillər əzbərinə çevrildi. Xəstəlik Şərqin qapısı sayılan Çindən qısa bir zamanda bütün dünyaya yayılmağa başladı. Artıq dünyanı silkələyən müəmmalı bir bakteriya nəticəsində insanların kütləvi qırğın dönəmi başladı.

Bəs görəsən indiyə qədər tibbi mənbələrdə bu xəstəlik barədə nə deyilir?

Koronavirusla bağlı xəbərdarlıq tipli tibbi məlumtlarda xəstəliyin əlamətləri barədə bu yazılara tez-tez rast gəlinir.

Həmin məlumata görə, 1 - 14 gün ərzində virusa yoluxmaqda şübhəli bilinən insanın bədənində qızdırma, yorğunluq və ya zəiflik və qismən sətəlcəm xəstəliyi ilə əlaqəli quru öskürək müşahidə oluna bilər. Xəstəliyə yüngül yoluxma halında müalicə oluna bilməsi sevindirici hal kimi səciyyələndirilə bilər, lakin ağırlaşmış formaya keçməsi də qaçılmazdır və sonda ölümlə nəticələnir. Yaşlılar, xüsusilə də başqa xroniki xəstəlikləri olan insanlar (məsələn, astma, şəkərli diabet və ya ürək xəstəliyi olanlar) bu növ xəstəliyə daha həssasdırlar.

Və nəhayət, tibb elmi aşağıdakı simptomların koronavirusa yoluxanlarda təzahür etdiyini bildirir:

öskürək

qızdırma

yorğunluq

nəfəs almaqda çətinlik (ağır hallarda)

İndi isə qəzəbli koronavirusun və ya yanlış qəbul olunmazsa, onu yeddi əsr əvvəlki adı ilə adlandırsaq, yəni Taunun qurbanları barədə mediyadakı məlumatlara nəzər salaq.

Son xəbərlərə görə, indiyə qədər İspaniyada 380.000 virusa yoluxma halı qeydə alınmışdır, halbuki ötən gün mediada 6.600 koronavirusa yoluxma halı göstərildi. Çindən sonra bu virusun yayılmasına qarşı səhlənkar yanaşan Avropa ölkələri arasında İtaliya artıq xəstəliyin ocağına çevrildi. Bazar ertəsi rəsmi məlumatlarda İtaliyada koronavirusdan 602 nəfərin bir həftə ərzində dünyasını dəyişdiyi bildirildi. Ən maraq doğuran xəbər isə bəzi ölənlərin bu xəstəlikdən ölənlərin cəsədlərinin sahiblərinə verilməməsi və onların mediadan gizlin şəkildə krematoriumlarda yandırılması faktı oldu. Bu tipli halların daha çox xəstəliyin kəskin yayıldığı ölkələrdə, yəni Çin, Sinqapur və İtaliyada qeydə alındığı məşhur xəbər saytlarında da bildirildi. Belə olan təqdirdə, bunu adi bir qrip və öskürək yaradan virus adlandırmaq çətindir.

Elm adamları Koronavirus Pandemiyasının Taun xəstəliyi ilə əlaqəli hansı cəhətlərini aşkar etdilər?

Bir çox elm adamı, karantin və izolyasiya kimi bir çox oxşar əlamətlərinə görə COVID-19 virusu haqqında daha çox məlumat əldə etmək üçün tarixdəki pandemiyaları araşdırıblar. Bəzi qənaətlərə görə, hələ tarixdən bizə məlum oln Taun və ya qara ölüm kimi tanınan xəstəlik dünyanı zəbt etməzdən əvvəl "ictimai sağlamlıq" anlayışı mövcud deyildi. Yəni belə bir xəstəlik 14-cü əsrədək heç bir ölkədə mövcud olmadığı üçün xüsusi karantin və ya fövqəladə hal elan edilməmişdi.

Görəsən 14-cü əsrdə şərqdən qərbə yayılan taun və ya bubonik taun pandemiyası, eləcə də dövrümüzün eyni istiqamət üzrə hərəkət edərək yayılan koronavirus xəstəliyi bizə nədən xəbər verir?

Amerikada nəşr olunan MedicineNet elmi jurnalı və saytının müəllifi, ABŞ-dan olan doktor Melissa Konrad Ştöpler'in sözlərinə görə, bubonik taun tarixdə qeydə alınmış ən ölümcül pandemiyalardan biri kimi hesab olunur. Onun sözlərinə görə, dünyada ən azı üç pandemik taun xəstəliyinə yoluxma hadisəsi baş verib. Ancaq ən pis və ən məşhuru, 14-cü əsrin ortalarında 'Qara ölüm' adlandırdığımız taun xəstəliyidir.

Doktor Ştöpler yazır: “ “Qara Ölüm” və ya orta əsrlərin pandemiyası olan “Taun” Çində başladı və Avropaya doğru istiqamət aldı və bütün əhalinin 60% -nin ölümünə səbəb oldu”.

Maraqlısı budur ki, Qara Ölüm xəstəliyinin əsas xüsusiyyətlərindən biri Koronavirus pandemiyasında da var. Məsələn: “karantin”.

"Lakin bu dünyanın ən ölümcül pandemiyası barədə öyrəndiklərimizin hamısı deyil", o belə vurğuladı.

Avropada davam edən bubonik taun xəstəliyinin nəticəsində xəstəliyə yoluxmanın ilk nəzəriyyələri yaranmağa başladı. Bunlar xüsusi dəfn qaydaları və digər fəaliyyətlərə qoyulan məhdudiyyətlər kimi yeni sağlamlıq tədbirlərinin görülməsinə səbəb oldu.

Hansı daha ölümcüldür?

Tibbi araşdırmalar, taunun hələ də mövcud olduğunu təsdiqləyir, lakin elm bu xəstəlik qarşısında yeddi əsr əvvəl olduğu kimi aciz olmadığını iddia edir. Yəni təsdiq edir ki, xəstəliyi effektiv müalicə etmək mümkündür.

Dünyanın çox hissəsi müəyyən zaman kəsiklərində taun epidemiyasının şahidi olub, lakin müasir dövrdə əksər yoluxma halları Afrikada baş verir.

Etibarlı mənbələrdən alınan məlumata görə, hazırda taunun ən çox yayıldığı üç ölkə Konqo Demokratik Respublikası, Madaqaskar və Perudur.

Bu gün pandemiya olan COVID-19, hərarət, baş ağrısı və zəiflik kimi tipik simptomları ilə XIV əsrin Qara Ölümünə çox bənzəyir.

Digər tibbi məlumatlarda bildirilir ki, Qara Ölümdən və ya Taundan fərqli olaraq, COVID-19 un müalicəsi asandır və ölüm riski, taun xəstəliyindən aşağıdır. Yeni yayılan koronavirusun mənbəsi hələ də araşdırılsa da, Taunun ümumilikdə siçovul kimi gəmiricilər və heyvanlarda olan birələrdən keçən infeksiya nəticəsində yayıldığı bldirilir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında XIV əsrdə Qara Ölüm və ya Taun nəticəsində 50 milyondan çox insanın öldüyü bildirilir. Məlumatda qeyd olunur ki, Qara ölüm və ya bubonik taun xəstəliyinə yoluxanların ölüm ehtimalı 50 faiz idi. O şişkin limfa düyünləri və ya 'bubonlar' ilə xarakterizə olunduğu üçün tibbdə bubonik taun adlanırdı.

Məqaləsində doktor Melissa Konrad Ştöpler, əsrimizin yeni koronavirusunun yayılması ilə əlaqədar maraqlı bir tarixi müqayisəni ortaya qoyur.

O, virusla əlaqədar ciddi xəbərdarlıq əlaməti olaraq ölkələr arasında sərhədlərin və dəniz limanlarının bağlanması amilini önə çəkir. Onun sözlərinə görə, 2020-ci ildə Yaponiya, Tayland və Filippin kimi yerlərdə koronavirusa məruz qalan ərazilərdən ən azı üç səyahət gəmisinə, bu xəstəliyə yoluxmada şübhəli bilinən sərnişinləri və ekipajının digərlərinin də yoluxmaya səbəb ola biləcəyi üçün sahilə yaxınlaşmasına icazə verilmədi.

Buna bənzər bir şəkildə, yazıçı Daniel Defo 1665-ci ildə şəhərdəki Böyük Taun zamanı Londondan Avropaya gəmi ilə səyahətini belə təsvir etmişdi:

- "Avropanın ticarət aparan xalqları bizdən qorxurdu" deyə o yazırdı. Fransanın heç bir limanı, nə Hollandiya, nə İspaniya nə də İtaliya gəmilərimizi qəbul etmədilər."

Limanların gəmiləri tauna yoluxmuş yerlərdən 40 gün müddətində karantinə görə geri qaytarması normal bir hal idi. Eyni şəkildə, dünyada milyonlarla insanlar bu gün, koronavirusun yayılmasının qarşısının alınması məqsədilə özünü təcrid vəziyyətinə gətirib.

Sadəcə bu deyil, hətta şərqin tibb elminin dühası olan İbn Sina o zaman xalqına bu gün bizə koronavirusdan qorunmaq üçün tövsiyə olunan profilaktik tədbirlərin eynisini filmdən bir parçada verildiyi kimi demişdi.

Elnur Ənvəroğlu

Jurnalist

EDNews

 

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

İraq "Hizbullah"ı xəbərdarlıq etdi

SONRAKI XƏBƏR

Koronavirusa yoluxanların statistikasl - ÜST