Rusiya uçuşları tamamən dayandırdı - Qərar

Rusiya uçuşları tamamən dayandırdı - Qərar

Rusiya Nazirlər Kabineti bütün müntəzəm və çarter uçuşlarının 27 martdan etibarən tamamən dayandırılması ilə bağlı Rosaviasiyaya göstəriş verib.

Axar.az xəbər verir ki, yalnız Rusiya vətəndaşlarını vətənə gətirən reyslər istisna təşkil edir.

Qeyd edək ki, qərar dünyanı cənginə alan koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədardır.

Mənbə: axar.az