Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri  - FOTO

Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri  - FOTO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tapşırıqlarına uyğun olaraq Hacıqabul rayonu ərazisində Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün rayon İcra Hakimiyyəti yanında xüsusi qərargah yaradılıb.

Hacıqabul RİH-dən Modern.az-a bildirilib ki, əhali arasında yaşı 60-dan yuxarı insanların evdən kənara çıxmamaları üçün maarifləndirmə işləri aparılır. Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir.

İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilir.

Mənbə: modern.az