İtaliya rəsmiləri qaydaları pozanlara etirazlarını videoçarx vasirəsi ilə çatdırırlar

İtaliyada xəstəliyin dəhşətli nəticələrinə baxmayaraq, insanlar karantin qaydalarını pozurlar.

Bizimyol.info xəbər verir ki, hökümətin davamlı müraciətlərinə və təhlükənin ciddiliyinə baxmayaraq, insanlar tətbiq olunan qaydalara ciddi əməl etmirlər. Küçə və parklarda sərbəst hərəkət edir, toplaşır və qoruyucu maskalardan istifadə etməyərək qaydalara məhəl qoymadıqlarını nümayiş etdirirlər. Bu da rəsmiləri hiddətləndirir.

Qeyd edək ki, pandemiya səbəbindən İtaliyada koronavirusdan 7 minə yaxın insan dünyasını dəyişib.

Ölkədə rəsmilərin əsəbi halda vətəndaşlara müraciətlərini əks etdirən videoçarxlar yayılıb.

 

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Ucar sakini qonşusunu qətlə yetirib

SONRAKI XƏBƏR

Mədəniyyət İdarəsi “şeirdepozitivol” adlı yeni challenge-ə start verib