Media eksperti əlillər üçün nəzərdə tutulan təşəbbüsü bəyəndi

"Onlar da mövcud təhlükə qarşında necə davranmaq, hansı tədbirləri görmək lazım olduğunu bilməlidirlər"

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı ilk dəfə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün hazırlanıb.

Təhsil Nazirliyinin İnsan resursları mərkəzi tərəfindən hazırlanmış videoçarxda ölkədəki xüsusi rejimlə bağlı məlumatları Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbin müəllimi Könül Quliyeva işarət dilində təqdim edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın son məlumatına əsasən, 24 mart tarixindən etibarən ölkədə karantin rejimi elan edilib.

Sözügedən təşəbbüs haqqında fikirlərini "Sherg.az"la bölüşən media eksperti Zeynal Məmmədli bunun müsbət addım olduğunu deyib:

"Əlbəttə, müəyyən məhdudiyyəti olan insanları nəzərə almaq çox xoşdur. Onlar da mövcud təhlükə qarşında necə davranmaq, hansı tədbirləri görmək lazım olduğunu bilməlidirlər"

Z. Məmmədli sosial çarxın peşəkarlıq meyarları ilə bağlı da danışıb:

"Çatışmazlıqlar var. Ekranı iki yerə bölərək, tövsiyə edilənləri əyani formada göstərmək, həmçinin tezis əhəmiyyətli sözlərdən istifadə etmək, onları şriftlərlə təqdim etmək mümkün idi. Belədə sosial çarxın informasiyalılığı, təsirliliyi daha çox olardı. İndiki halda insan yorula bilər".

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

İran koronavirus testinin istehsalına başladı

SONRAKI XƏBƏR

SSRİ xalq artisti 94 yaşında vəfat edib