ABŞ-da tibb bacıları xalat əvəzinə zibil torbası taxdılar - FOTO

ABŞ-da tibb bacıları xalat əvəzinə zibil torbası taxdılar - FOTO

ABŞ-ın Nyu-York şəhərində xalat tapa bilməyən tibb işçiləri zibil torbalarına "bürünüblər".

BiG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, "Mount Sinay Uest" xəstəxanasının işçilərinin "Facebook"da paylaşdığı foto təəccüb doğurub.



Həmin şəkillər bu sözlərlə şərh olunub:

“Xəstəxanada laboratoriya geyimi qalmayıb. Maskalar da yoxdur və biz birdəfəlik maskalardan dəfələrlə istifadə edirik.".

Qeyd edək ki, son məlumatlara əsasən, Çinin Uhan şəhərindən bütün dünyaya yayılan koronavirus ABŞ-da 68 572 nəfərdə qeydə alınıb, xəstəlikdən ölənlərin sayı min nəfəri keçib.

Ölkə daxilində xəstəliklərin 50 faizi Nyu-Yorkda qeydə alınıb. Burada koronavirus 30 mindən çox adamda aşkarlanıb.

 

Mənbə: big.az