Axmaq mikrobla çobanın əhvalatı...

Axmaq mikrobla çobanın əhvalatı...

Günlərin birində mikrob gəlir çobanın yanına, deyir: "Mən hamının canına girmişəm, salmışam yorğan-döşəyə. Bir sən qalmısan". Çoban deyir: "Ay mikrob, mənnən uzaq gəz, xeyir görməzssən. Ağlın tənbəl qarınqululara getməsin. Sən mənim canımda əvc eliyə bilməzssən".

Mikrob baxmır çobanın sözünə, girir onun canına. Gözünə döndüyüm çoban da götürür bu axmğı, gedir dağın döşünə, bu dərə - mənim, o təpə - sənin. Təmiz havada gəzir, şəfalı çeşmələrdən su içir, göy-göyərti, mer-meyvə yeyir.

Hüceyrələr şəfalı qidalardan bəs deyincən güc alıb düşürlər mikrobun üstünə. Mikrob başlayır yalvarmağa: "Ay çoban qardaş, səni and verirəm o Tanrıya, mənə yazığın gəlsin, bir qələtdi eləmişəm . Bircə dəqiqə ayaq saxla, çıxım sənin canından".

Çoban mikrobyn yalvarmağına baxmır, yaşıl sinədə hava qaralana kimi gəzir. Hüceyrələr mikrobun canın alır. Çoban gülür: "Ay axmaq, sənə demədim, mənə yaxın gəlmə, get gir qarınqulu tənbəllərin canına?!".

***

Nağıl burda bitdi, amma "Koronavirusla" əlbəyaxa döyüş davam edir. Yüz faiz əminəm ki, savaş FB dostumuz ƏLİ ƏLİYEVİN və Sağlam Həyat Tərzi yaşayan bütün dostlarımızın xeyirinə bitəcək.

Ərşad Əzimzadə,

Sizi sağlam və güclü görmək istəyən yazıçı-jurnalist.

Mənbə: moderator.az