ABŞ-da 40 ilin "Jiquli"si 18 min dollara SATILDI - FOTO

ABŞ-da 42 ilin VAZ-2102 markalı "Jiquli"si eBay-a çıxarılıb.



BiG.AZ-ın motor.ru-ya istinadən verdiyi xəbərə görə, mükəmməl vəziyyətdə olan avtomobil 18 295 dollara satılıb



Maşının özü ilə yanaşı, maşının yeni sahibinə SSRİ-nin istehsalı olan alət dəsti, ilk yardım dəsti və bir sıra müxtəlif aksesuar dəstini də veriləcəyi bildirilib.



Avtomobilin istismar müddətində qət etdiyi məsafə ("probeq") 27.936 kilometrdir.



Bir neçə il öncə ABŞ-da Sovet istehsalı olan, 45 min kilometr məsafəni qət edən VAZ-2101 markalı avtomobil 9999 dollara satılıb.











Natəvan Baxşiyeva

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Ukraynada fövqəladə situasiya - VİDEO

SONRAKI XƏBƏR

Səhiyyə naziri koronaya görə istefa verdi