"Sosial xidmətlərdən mənimlə əlaqə saxlayan olmayıb" - Yaşı 65-i keçən Günəşli sakini kömək gözləyir

"Mənim yaşım 65-i ötüb, xüsusi karantin rejimi olduğuna görə, evdən bayıra çıxmıram. Amma sosial xidmətlərdən mənimlə əlaqə saxlayan olmayıb, dəflərlə müraciət etsəm də bir nəticəsi yoxdur". Bu sözləri "AzPolitika.info" saytına Yeni Günəşli qəsəbəsi, AB maassivi 2, mənzil 18-də yaşadığını bildirən Məmmədova Tahirə Əyyub qızı bildirib.

O qeyd edib ki, tənha yaşayır, 3 gündür nə evinə çörək ala, nə də zibili ata bilir: "Mən sosial xidmətlərdən Azad müəllimlə, Nigar xanmımla danışdım, vəziyyəti onlara izah etdim. Söz versələr də heç kim kömək etmədi. İndi mən çarəsiz vəziyyətdə qalmışam, nə edəcəyimi bilmirəm. Telefon nömrəm 477 21 20-dir, buyursunlar, mənimlə əlaqə saxlasınlar".

Xatırladaq ki, koronavirus pandemisyasına görə Azərbaycanda martın 24-dən aprelin 20-dək xüsusi rejimli karantin elan olunub. Qaydalara əsasən bu müddətdə yaşı 65-dən yuxarı, xüsusi risk qrupuna aid edilən vətəndaşlara evdən çıxmaq qadağan edilib. Əmək və Əhalinin Sossial Müdafiəsi Nazirliyi yaydığı açıqlamada bildirib ki, tənha, yaşlı insanların zəruri tibbi və s. gündəlik təlabatının ödənilməsi üçün əməkdaşlar fasiləsiz xidmət həyata keçirirlər.

Şikayətlə bağlı nazirliyin də mövqeyini dərc etməyə çalışacağıq.

AzPolitika.info

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Aydın Mirzəzadə: Hər kəsin bacardığı qədər evdə qalması, insanlarla az təmasda olması vacibdir

SONRAKI XƏBƏR

Gürcüstan: “70-dən çox insan koronavirusa tutulub, 5-i azərbaycanlıdır”