“İşsizlərin dəqiq və etibarlı statistikası aparılmalıdır” - Ekspert

Xəbər verildiyi kimi Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib.

İctimaiyyətə verilən məlumata görə, koronavirusa görə işsiz qalanlara dövlət dəstəyi göstəriləcək. Xüsusi karantin rejimi ilə əlaqədar evdə qalıb işə çıxmayan qeydiyyatsız işçilərin sayı yüzlərlə hesablanır. Bu vəziyyətdə sual yaranır: Məşğul və qeyri-məşğul əhalinin sayı üzrə hesablamaq mümkündürmü?

Bizimyol.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, işsizlərin dəqiq və etibarlı statistikası yoxdur.

Ekspert bildirib ki, rəsmi statisitka 260 min nəfərin işsiz olduğunu deyir. Bu şəxslərə dəstək verilməlidir.

R.Ağayev hazırda işsizlərin dəqiq və etibarlı statistikasının aparılması üçün yolları açıqlayıb: “Rayonlar üzrə işsizliklərin siyahısını çıxarmaq yerli statistika və icra hakimyyətləri üçün problem olmaz. Bu işə bələdiyyələri də səfərbər etmək lazımdır. Kommunal xidmət təşkilatlarının məlumatlarından istifadə etmək olar. Qaz və elektrik istehlakının aylıq səviyyəsi yoxsul əhalini qiymətlənidrməyə imkan verir. Rayonlar üzrə aylıq istehlakı minimum norma kimi müəyyən edilən norma səviyyəsində istehlakı olan ev təsərrüfatları müəyyən edilə bilər və onlara dəstək mümkündür. Xidmət sektorunda işləyən şəxslərin real siyahısı müəyyən edilib onlara dəstək verilməlidir. Bir də bankların məlumatından istifadə eləmək lazımdır. 5000 manata qədər kredit götürən və son 3 ayda ödəmələrində problem müşahidə olunan şəxslərə dəstək verilə bilər. Mənzil ölçüsü də ehtiyacı olanları müəyyən etməyə imkan verir. Rəsmi və qeyri-rəsmi mənzili olmayan, kirayədə yaşayanlara, ailədə adambaşına mənzil ölçüsü 10 kv və daha az olan ailələrə dəstək verilə bilər”.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda iki beynəlxalq şahmat turniri təxirə salındı

SONRAKI XƏBƏR

Məktəbəqədər təhsil müəssisələrində psixoloji yardım həyata keçiriləcək