Koronaya meydan oxuyan motal pendirinə tələbat artdı-FOTOLAR

Koronaya meydan oxuyan motal pendirinə tələbat artdı-FOTOLAR

Koronaya meydan oxuyan motal pendirinə Türkiyənin dörd bir yanından tələb artıb.

Sonxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki,
koronavirus səbəbiylə təbii məhsulların istehlakı artarkən, Ərzincan bölgəsinə aid olan motal pendiri bu məhsullar arasında öz yerini tuta bilib. İstehsalçıların immunitet sisteminə müsbət təsir etdiyi və koronaya meydan oxuduğunu vurğuladığı motal pendirinə Türkiyənin dörd bir yanından tələb artıb.
Qeyd edilir ki, diyetoloqlar immunitet sistemini koronavirusa qarşı güclü tutmaq üçün sağlam və balanslı bir pəhrizin vacibliyinə diqqət çəkirlər. Qoyun və keçi südündən hazırlanan motal pendiri də bu qidalar arasındadır.

Ərzincan vilayətinin Damazlıq Qoyun Keçi Fermasının rəhbəri Uğur İbrahim Karakuş açıqlmasında "Koronanın riskini azaltmaq üçün Ərzincanın motal pendirini daha çox tövsiyə edirik. Yerli və təbii məhsuldur. Bu baxımdan immuniteti daha çox gücləndirəcək. Xalqımızı bu pendirdən istifadə etməyə dəvət edirik. Hər il Ərzincanda 5 min ton motal pendiri istehsal edirik" deyə bildirib.

Şəlalə Babayeva

 

Mənbə: sonxeber.az