Mübariz Mənsimov azadlığa buraxılıb? - AÇIQLAMA

Mübariz Mənsimov azadlığa buraxılıb? -     AÇIQLAMA

“Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov həbsxanada aclıq orucunu davam etdirir.

Pravda.az-ın xəbərinə görə, bu barədə şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

F.Quliyeva bildirib ki, M.Mənsimovun bir müddət əvvəl keçirdiyi ağır cərrahiyyə əməliyyat və aclıq orucu onun səhhətinə ciddi təsir edir: “Onun azadlığa buraxılması və ya xəstəxanaya yerləşdirilməsi xəbərləri həqiqətə uyğun deyil. Hazırda Mübariz Mənsimovun azadlığa buraxılması məqsədi ilə hüquqi proses davam edir. Vəkillər onun azad olunması üçün əllərindən gələni edirlər”.

Mənbə: pravda.az