Karantində hansı filmlərə baxmalıyıq? "Yoluxma", "Epidemiya" və...

Karantində hansı filmlərə baxmalıyıq? "Yoluxma", "Epidemiya" və...

"COLLİDER" nəşrinin jurnalisti və kinotənqidçi Elli Hemmil karantin zamanı hansı filmlərə baxmağı tövsiyə edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, karantin zamanı "Yoluxma" (2011-ci il) və "Epiemiya" (1995-ci il) filmləri ilə yanaşı, digər variantlarda baş rolda Bred Pitt oynayan və "horror elementləri ilə bol olan "Dünyaların savaşı Z" (2013-cü il) savaş filminə baxmaq tərcihdir.

"Bu, yeganə filmdir ki, rahat və sakit olmağa kömək edir, hansı ki, baxmayaraq, həmin filmdə virus pandemiyası haqqında gərgin tarixçədən bəhs edilir. Məhz bu filmə baxmaq lazımdır", Hemmil hesab edir.

Müəllif təsdiq edir ki, Forsterin bu filmi həm də ona görə aktualdır ki, orada mövcud sürrealist gerçəklik göstərilir və indiki koronavirusun sürətlə yayılması kimi hadisələr cərəyan edir. Lakin ən əsası, rejissor burada problemlərin həlli üçün hətta təxəyyül məhsulu olsa belə, öz təkliflərini təqdim edir.

Mənbə: sia.az