Koronavirusa qarşı qurban kəsib ehtiyacı olanlara payladılar

Koronavirusa qarşı qurban kəsib ehtiyacı olanlara payladılar

Qısa müddətdə bütün dünyaya yayılan və ölümlərə səbəb olan koronavirus epidemiyasının tez bir zamanda bitməsi üçün Türkiyədə qurban kəsərək dua ediblər.

Sonxeber.az türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Hakkari şəhərinin Şəmdinli mahalında 7 kənd və 3 fermer təsərrüfatı birlikdə koronavirus (Kovid-19) xəstəliyinə qarşı bir həftə ərzində 180 qurban kəsiblər. Kəndlilər kəsdikləri qurbanların ətini ehtiyacı olan ailələrə paylayıblar.

Fikir ustası Məhmət Fırat jurnalistlərə verdiyi açıqlamada xeyriyyəçiliyin dərd və bəlaları uzaqlaşdırdığını deyib.

Həmçinin bu müddətdə böyük fədakarlıqla çalışan tibb işçilərinin yanında olduqlarını ifadə edən Fırat, onlar üçün dua etdiklərini və hər cür dəstək verəcəklərini bildirib.

F.Ağazadə
Sonxeber.az

Mənbə: sonxeber.az