Avropa ölkələrinin səhiyyə sektorunun gücü qeyri-kafi ola bilər

Avropa ölkələrinin səhiyyə sektorunun gücü qeyri-kafi ola bilər

Avropa Xəstəliklərin Qarşısının Alınması və İdarəetmə Mərkəzi (ECDC), Avropa Birliyində (AB) və İngiltərədə yeni növ koronavirusun (Covid-19) yayılması səbəbiylə səhiyyə sektorunun qeyri-kafi riskinin yüksək olduğunu açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Koronavirus hadisələrinin qeyd olunan ölkələrdə sürətlə yayılmağa davam etdiyini bildirən artımın Çinin Vuhan şəhərindəki nisbətlərə bənzədiyi vurğulanıb.

Xəstəxanaya yerləşdirmə nisbətinin 60 yaşdan yuxarı insanlar üçün daha yüksək olduğu nəzərə çatdırılarkən, xəstəxanada olanlar arasında ölüm nisbətinin 12 faiz olduğu bildirilib.

Verilən yazılı açıqlamada "Potensialın genişlənməsinin və ya epidemiyanın yayılmasının qarşısı alınmazsa, Avropa ölkələrində reanimasiya qabiliyyəti aprel ayının ortalarında kifayət qədər yetərsiz qalacaq".

ECDC Avropa hakimiyyət orqanlarını tibb işçilərini lazımi qoruyucu geyim və ləvazimatlarla təmin etməyə çağırıb.
Bundan əlavə, isti və rütubətli havalarda koronavirusun daha az təsirli olacağı barədə heç bir elmi məlumatın olmadığı vurğulanıb.

Mənbə: sia.az