Quba Rayon ictimaiyyəti Koronavirusla Mübarizəyə dəstək verdi

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında Quba rayonundan da qatılanlar var.

SİA-nın verdiyi məlumata görə, Quba Rayon İcra Hakimiyyəti Aparatının kollektivi, İƏV-üzrə nümayəndələr, iş adamları, sahibkarlar, "Real" MMC, "Qubaekoaqrar" MMC və "Çaparxana KFT" MMC özəl şirkətləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyə qərar verib. Quba Rayon İcra Hakimiyyəti Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə edib.

Belə ki, icra hakimiyyətinin başçısı və aparatının əməkdaşları bir aylıq əməkhaqqını könüllü şəkildə Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsinə qərar veriblər.

Emin Kərimov - Quba

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Faiq Ağayevdən Damlaya ağır cavab: "Səy-səy danışma" - QALMAQAL

SONRAKI XƏBƏR

Polisdən xüsusi karantin qaydalarına əməl etməyənlərə xəbərdarlıq - FOTO