Məhbusların sağlamlığı daim nəzarətdə saxlanılır - RƏSMİ

Məhbusların sağlamlığı daim nəzarətdə saxlanılır -  RƏSMİ

Bütün məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır.

Bu barədə Azvision.az -a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib:

"Ölkəmizdə qlobal pandemiyanın qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən zəruri qabaqlayıcı tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir".

Mənbə: azvision.az