Papa ilə eyni köşkdə qalan rahib koronavirusa yoluxdu

Xatırladaq ki, bu günə qədər dünyada 487 min nəfər virusa yoluxub, onlardan 22 min nəfəri dünyasını dəyişib,

BAKI, 26 mart — Sputnik. Katoliklərin ruhani lideri Papa Fransisklə eyni köşkdə yaşayan bir rahibdə yeni növ koronavirus (COVİD-2019) aşkar edilib. Sputnik Türkiyə xəbər verir ki, daha əvvəl Papa koronavirus testi edilmiş və cavablar neqativ çıxmışdı.

Hazırda Vatikanda 4 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, koronavirus ötən ilin dekbar ayında Çinin Uhan əyalətində meydana çıxıb. Xatırladaq ki, bu günə qədər dünyada 487 min nəfər virusa yoluxub, onlardan 22 min nəfəri dünyasını dəyişib, 117 min sağalıb.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

"Digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşıdır” - Baş Nazir

SONRAKI XƏBƏR

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO