Karantində itini mağazaya çips almağa göndərdi - FOTO

Karantində itini mağazaya çips almağa göndərdi - FOTO

Meksikada da koronavirusa görə xüsusi karantin rejimi elan olunub. İndiyə qədər 475 nəfərdə pandemiya aşkar olunub, 6 meksikalı həyatını itirib.

Bizimyol.info xəbər verir ki, Meksika sakinlərindən biri karantində itini mağazaya çips almağa göndərib. O, çixuaxuanın xaltasına kiçik məktub bağlayıb.

Antonio Munyos məktubunda yazıb: “Zəhmət olmasa, mənim itimə “Cheetos” çipsi satın. 20 dollar onun xaltasındadır. Narıncı yox, qırmızı çips lazımdır. Diqqət: itin xətrinə dəysəniz, dişləyəcək”.

Karantinin üçüncü gününü yaşayan Antonio istəyinə çatıb. Onun itinə mağzada məhz qırmızı rəngdə “Cheetos” satıblar.

Mənbə: www.bizimyol.info