“Mübariz Mənsimovun vəziyyətindən murdar niyyətləriniz üçün istifadə etməyin” – Aslan İsmayılov

“Əli Kərimliyə, Əli Həsənova, İran generalı Qasım Süleymani tərəfdarlarını idarə edən şəxsə, hakimiyyətdə təmsil olunub "blogger" Ata Abdullayevi, "fədai" Fuad Muradovu üstümə yönləndirənlərə müraciət edirəm. Mübariz Mənsimovun bu günkü vəziyyətindən öz murdar niyyətləriniz üçün istifadə etməyin! Sadə, səmimi vətəndaşların saf niyyətlərini həmişəki kimi öz murdar məqsədlərinizə alət edib məni söydürməklə tutduğum yoldan çəkindirməyə çalışmayın”.

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

“Bəli, sizdən fərqli olaraq oyunçu deyiləm, hansısa siyasi iddiam da yoxdur. Məhz ona görə də bir dəfə bilərəkdən məni kütləvi formada söydürməklə Mübariz Mənsimov haqqında başlatdığınız oyuna çəkə bildiniz. Bundan sonra o alınmayacaq, özünüzü nahaq yerə yormayın! Ancaq bilin ki, haqqımda təşkil etdiyiniz bu murdar kampaniyanın cavabını bolluca alacaqsınız. Hələlik isə üzünüzə deyirəm, təşkil etdiyiniz təhqir və söyüşlər sizə aiddir, çünki bu sizin əxlaqınızın güzgüsüdür” – A.İsmayılov qeyd edib.

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Andına və dövlətinə sadiq sağlamlığımızın keşikçiləri

SONRAKI XƏBƏR

Sabiq Baş Nazir: “İndi də deməyək, virus əyilə-əyilə gəzir”