Alman rəsmiləri ölkələrindəki ölümlərin az olma səbəbini açıqladı - MARAQLI

Almaniyada koronavirusa yoluxanların sayı 39 min 500-ü keçərkən ölü sayı 222-də qalıb. Ölüm nisbətı İtaliya, İran və İspaniya kimi ölkələrə görə çox aşağı olan Almaniyada bütün dünyanın maraqla gözlədiyi "Almaniyada koronavirusdan ölənlər nə üçün azdır?" sualına cavab verilib.

Moderator.az xəbər verir ki, Almaniyanın araşdırma naziri Anja Karliczek və hökumətin korona böhranı üzrə virus mütəxəssisi Kristian Drosten kameralar qarşısına keçərək, ölkədəki son vəziyyətlə bağlı açıqlamalar verib.

Alman rəsmiləri açıqlama zamanı Almaniyadakı ölüm nisbətlərinin azlığını klassik laboratoriya müayinəsi və erkən diaqnozla əlaqələndiriblər.

Almaniyanın paytaxtı Berlində sualları cavablandıran dövlət rəsmiləri ölkədə həftə ərzində 500 min test edildiyini vurğulayaraq "Covid-19" xəstələrinə ilkin mərhələdə diaqnoz qoyduqlarını bildirib.

Alman virus mütəxəssisi Kristian Drosten risk qrupunda olan yaşlıları cəmiyyətdən təcrid etməyin koronavirusla mübarizəyə köməkçi olmadığını söyləyib.

Kamran

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Dedilər, dedilər, amma onlar eşitmədilər

SONRAKI XƏBƏR

Bu nazirlik də “#evdəqal” dedi - VİDEO