Lerikdə karantində olan vətəndaşlara bayram xonçaları, ərzaq bağlamaları və tibbi ləvazimatlar verilib

Lerikdə karantində olan vətəndaşlara bayram xonçaları, ərzaq bağlamaları və tibbi ləvazimatlar verilib

Lerik, 26 mart, Bağır Əliyev, AZƏRTAC

Lerik rayonunda Koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində rayonun bütün idarə, müəssisə və təşkilatları Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi karantin rejiminə uyğun işlərini quraraq infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirləri davam etdirirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin əməkdaşları rayondakı “Relax” turizm-istirahət mərkəzində karantində olan vətəndaşlara ərzaq bağlamaları, bayram xonçaları, tibbi ləvazimatları veriblər.

Karantində olan vətəndaşlar dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Mənbə: azertag.az