TƏBİB: Ölkənin bütün bölgələrində karantin xəstəxanaları müəyyənləşdirilib

“Koronavirus pandemiyasına yoluxma şübhəsi ilə karantinə alınan şəxslərin saxlanma şəraiti nəzarət altındadır. Onların gündəlik yemək və digər tələbatları qarşılanır”.

“Report” xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deputat Erkin Qədirlinin sorğusuna cavabında deyib.

R.Bayramlı bildirib ki, xəstələrin yataq yerlərinə heç bir məhdudiyyət yoxdur: “Əksər xəstəxanalarda 1 nəfərlik, böyük palatalarda isə 2 nəfər simptomları müşahidə edilməyən insan birlikdə saxlanıla bilər”.

O, həmçinin xəstəliyə yoluxması şübhəli hesab edilən şəxslərin əsasən cənub zonasında yerləşən xəstəxanalara aparılması məsələsinə də aydınlıq gətirib: “İlkin olaraq, İrandan ölkəyə gələn vətəndaşlarımız çoxluq təşkil etdiyindən Azərbaycanın cənub bölgələrində karantin xəstəxanaları (Astara, Masallı, Cəlilabad, Neftçala) yaradıldı. Bundan əlavə, Qobustan Rayon Mərkəzi Xəstəxanası, 1 saylı Kliniki Tibbi Mərkəz, Elmi-Tədqiqat Ağciyər İnstitutu və 2 saylı şəhər xəstəxanaları da karantin xəstəxanaları kimi müəyyənləşdirilib. Eyni zamanda, ölkənin bütün bölgələrində karantin xəstəxanaları müəyyənləşdirilib. Ehtiyac yarandığı təqdirdə, hər birindən istifadə ediləcək”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Koronavirusa yoluxan hamilə qadın insanlara səsləndi: "Üç uşağım və evdə məni gözləyən bir həyat yoldaşım var"

SONRAKI XƏBƏR

Erməni deputatın evi atəşə tutuldu - Gürcüstanda silahlı insident