Ağcabədi rayonuda Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb- VİDEO

Ağcabədi rayonuda Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb- VİDEO

Ağcabədi Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlara rahat, sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi və vaxt itkisi olmadan xidmət göstərilməsi üçün Operativ Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin məqsədi rayon icra hakimiyyətinin səlahiyyətlərinə daxil olan xidmət və fəaliyyətlərin optimallaşdırılması, vətəndaş müraciətlərinin operativ formada həllinə nail olunması, vətəndaşın eyni vaxtda, vahid məkanda RİH-nin bütün struktur bölmələri ilə ünsiyyətdə olmasının təmin edilməsi, keyfiyyətli xidmətin göstərilməsi və vətəndaş məmnunluğunun yüksəldilməsidir.

Vətəndaşın müraciətinin cavabı kağız formasında yerində vətəndaşa təqdim olunacaq. Eləcə də, cavablar vətəndaşın istəyi ilə elektron poçt, “whatsapp” mobil tətbiqi və “sms” vasitəsi ilə göndərilə bilər.

Həmçinin, qaynar xətt və elektron poçt vasitəsilə daxil olan müraciətlər də həmin formada cavablandırılacaq. Müşahidə kameraları ilə mərkəzdəki proseslər daim RİH başçısı tərəfindən izlənə biləcək.

Ağcabədidə həmçinin xüsusi karantin rejimində tənha yaşayan 65 yaşdan yuxarı şəxslərə evlərində sosial məişət xidmətləri göstərilir.

Onlara evdə olduqları müddətdə gündəlik tələbatları ilə bağlı bu və ya digər zəruri ərzaq və avadanlıqların, dərman vasitələrinin alınmasında, ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, əsas tələbat mallarının, kommunal ödənişlərin edilməsində. köməklik göstərilir. bu müddət ərzində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə əhatə olunacaqlar.

Mənbə: www.realtv.az