Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Qazaxıstanın paytaxtında ictimai nəqliyyatın fəaliyyəti dayandırıldı

Qazaxıstan hökuməti ölkənin paytaxtı Nur-Sultan şəhərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyub.

TASS xəbər verir ki, bu tədbir koronavirusun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilib.

Martın 30-dan aprelin 5-nə qədər bu qərarın qüvvədə olacağı bildirilir.

Şəhərdə koronavirusa yoluxan xəstənin öldüyü xəstəxana və virusa yoluxmuş şəxslərin müəyyən edildiyi 1 №li avtobus parkı karantin zonası elan edilərək bağlanıb.

 

Mənbə: milletinsesi.info