Hamilə qadın koronavirusa yoluxarsa, bətnindəki körpəyə keçə bilərmi? - HƏKİMDƏN CAVAB

Hamilə qadın koronavirusa yoluxarsa, bətnindəki körpəyə keçə bilərmi? - HƏKİMDƏN CAVAB

Bu gün hər kəs koronavirusa görə qorxu, həyəcan içində yaşayır. Bu cür həyəcanı ən çox hamilə qadınlar keçirir. Hər bir hamilə qadını "Əgər mən koronavirusa yoluxsam, bunun uşağa keçmə ehtimalı nə qədərdir?" sualı düşündürür.

BiG.AZ xəbər verir ki, mövzu ilə əlaqədar ginekoloq Aytən Səfərova "Xəzər Tv" də yayımlanan "Şən Bazar" verilişində qonaq olub. O, bildirib ki, hələki buna tam əminliklə cavab vermək düzgün deyil:

"Buna tam əminliklə cavab vermək düzgün deyil. Amma virus ilk dəfə Çində yayıldığı üçün ilk olaraq orada aparılan analizlərə əsasən deyə bilərik ki, ana koronavirusa yoluxarsa, bunun dölə keçmə ehtimalı yoxdur. Süd verən zaman da südə keçmir. Bu virus ancaq hava və damcı yolu ilə keçdiyi üçün “məsafəni saxlayın” deyirik. Çində hamilə qadında analiz apardılar. Dölyanı mayedən götürüb testlər edərkən məlum oldu ki, ana virusa yoluxsa da, uşağa keçməyib. Amma yenə deyirəm, bu yalnız doqquz hamilə üzərində aparılan təcrübənin nəticəsidir. Bu gün biz dövlət olaraq çox tez qorunduq. Amma öhdəmizə düşən özümüz özümüzü qorumaqdır. Hamilələr qidalarına fikri versinlər, imunniteti güclü saxlamaq lazımdır. İdmanla məşğul olun. Çoxlu maye için. Duzlu su ilə burununuzu tez-tez yuyun. Bu zaman infeksiya bədəndən yuyulur".

Samirə Qasımova

 

Mənbə: big.az