Keçmiş Sovet ölkələri araslnda koronavirusa yoluxmada Azərbaycan neçənci yerdədir?

Keçmiş Sovet ölkələri araslnda koronavirusa yoluxmada Azərbaycan neçənci yerdədir?

Rusiya 1036 yoluxma ilə ilk pillədə dursa da ölənlərin sayına görə Litva və Ukrayna hər birinə 5 ölüm sayı ilə irəlidədir. Əhalisinin koronavirusa yoluxmasına görə Rusiya, Estoniya və Litvadan sonra Ermənistan 15 ölkə arasında 4-cü yeri bölüşür.

Əhali sayına nisbətdə hər miilyon nəfərə düşən virusla yoluxma siyahısında ilk 3 yeri Estoniya (433 nəfər), Latviya (148 nəfər) və Litva (l27 nəfər) tutur. Əhalisinin milyon nəfərinə ölüm sayına görə isə Litva ilk sıradadır.

Rəqəmlərdən də göründüyü kimi, məhz Baltikyani ölkələrdə virusa yoluxma və ölüm halları digərləri ilə nisbətdə daha geniş yayılıb. Bu isə çox güman ki, həmin ölkələrin Avropaya yaxınlığı və Şengen zonasında olmaları ilə əlaqəlidir.

Qeyd edək ki, bu günə olan məlumata görə, postsovet ölkələri arasında Tacikistan və Türkmənistanda koronavirusa yoluxma halı aşkar edilməmişdir.(nocomment.az)

Mənbə: xeberle.com