Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb

Uxanda metro iki aylıq karantindən sonra işə başlayıb

Bu gün Çinin Uxan şəhərində koronavirus epidemiyası səbəbiylə iki aylıq fəaliyyətini dayandıran metro yenidən işləməyə başlayıb.

İnterAz-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə "People Daily" qəzeti məlumat yayıb.

COVID-19-un başlaması səbəbindən Uxan yanvarın 23-dən bəri karantində idi, şəhərlə nəqliyyat əlaqəsi dayandırılmış, yerli sakinlərin kənddən çıxması qadağan edilmişdir.

Şəhərdəki ictimai nəqliyyat da müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı.

Mənbə: www.interaztv.com