HƏKİM:"Koronavirus digər infeksiyalardan fərqlənir"- Öldürür !

HƏKİM:"Koronavirus digər infeksiyalardan fərqlənir"- Öldürür !

Əli Nağıyev: "Problemi soyuqqanlı qəbul edib, verilən tövsiyə və tapşırıqlara əməl etmək lazımdır"

Dünən Azərbaycanda Koronavirusa yoluxma halı ən pik səviyyədə olub. Artıq xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104- ə çatıb. Bu, o deməkdir ki, həyacan təbili çalınmalıdır. Ölkədə karantin rejimi elan olunsa da, insanlar bu rejimə əməl etmək istəmir, vəziyyətini ciddiliyini qəbullanmırlar. Bu isə yoluxma riskini daha da artırır.

Mövcud vəziyyətlə bağlı "Sherg.az"a danışan həkim- psixoterapevt Əli Nağıyev əhalini diqqətlə olmağa çağırıb:

"Əlbəttə, yoluxma halının çoxalması ölüm faizini də artıracaq. Ona görə də dövlət yoluxma halının minimum olmasına çalışır. Vətəndaşlar da bu məsələdə məsuliyyətli olmalıdırlar. Koronavirus digər infeksiyalardan fərqlənir. Belə ki, bu xəstəliyin ölüm faizi daha çoxdur. Bununla belə, bir psixoterapevt olaraq deməliyəm ki, panikaya qapılmaq olmaz. Dezinformasiyalar yaymaq, kontekstdən çıxarılmış məlumatları yaymaq ancaq mənfi nəticə verə bilər. Problemi soyuqqanlı qəbul edib, verilən tövsiyə və tapşırıqlara əməl etmək lazımdır"

Mənbə: sherg.az