Cəlilabad rayon İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Cəlilabad rayon İcra başçısının müavini koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Dilavərov Alıcı dərhal karantin qaydalarına riayət edilərək xəstəxanaya yerləşdirilib...

Cəlilabad rayon İcra başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Dilavərov Alıcı koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

İnterAz xəbər verir ki, İcra başçısının müavinində koronavirusun siptomları aşkarlanıb.

Dilavərov Alıcı dərhal karantin qaydalarına riayət edilərək xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 147 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 6 nəfərin vəziyyəti ağır, 11 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Mənbə: www.interaztv.com