Bərbərxanalar və gözəllik salonları da bağlana bilər – AÇIQLAMA

Bərbərxanalar və gözəllik salonları da bağlana bilər –  AÇIQLAMA

“Bərbərxanada və gözəllik salonunda 10 nəfərdən artıq insan toplaşırsa, bu, təhlükə mənbəyidir. Orada işləyən insanların özləri qaydalara riayət etməlidirlər”.

Pravda.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ.Məmmədov qeyd edib: “Həm işləməli, həm də qaydalara riayət olunmalıdır. Çünki əhalinin bəzi gigiyenik tələbatları var, bu, ödənməlidir. Çalışmaq lazımdır ki, yoluxma halı olmasın. Sadaladıqlarım orada işləyənlərin fərdi məsuliyyətidir. Müştəri də, bərbər də oradam çıxdıqdan sonra evinə, övladının yanına gedir. Burada xüsusi karantin rejiminin normalarına riayət edilməzsə, tədbir görüləcək. Bu işlər Daxili İşlər Nazirliyinə həvalə olunub. Onlar bu işə müdaxilə edəcəklər. Cərimə və ya bağlanma kimi sərt tədbirlər görülə bilər”.REALTV

Mənbə: pravda.az