Koronavirusun peyvəndi bu tarixdə hazır olacaq-AÇIQLAMA

Koronavirusun peyvəndi bu tarixdə hazır olacaq-AÇIQLAMA

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom koronavirusun peyvəndinin hazırlanacağı tarixi açıqlayıb.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, Tedros Adhanom bildirib ki, koronavirusun peyvəndi 12-18 ay ərzində hazır olacaq: "Bu aylar ərzində xəstələri müalicə edən və onların həyatını xilas edəcək həkimlərə ehtiyacımız var".

O, bildirib ki, bu günə qədər 20 min insan koronavirusdan dünyasını dəyişib: "Sevindiricidir ki, yüz minlərlə insan da həyatda qalmağı bacarıb".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az