"Bütün insanları dəqiqləşdirilməmiş məlumatları yaymamağa və şayiələrdən uzaq olmağa çağırıram"- Deputat

"Bütün insanları dəqiqləşdirilməmiş məlumatları yaymamağa və şayiələrdən uzaq olmağa çağırıram"- Deputat

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin yanında Operativ Qərərgahın qərarına əsasən karantin rejimi sərtləşdirilib.

Bununla bağlı SONXEBER.AZ-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, bütün qərarlar xəstəliyin yayılmasının qarşısının alınması üçün qəbul edilir: "Bu qərarlar qəbul edilməsə, xəstəlik daha sürətlə yayıla bilər və daha çox vətəndaşımızın dünyasını dəyişməsinə səbə ola bilər. Ona görə ölkənin hər bir vətəndaşı özünün və başqalarının sağlamlığının qorunması üçün məsələyə anlayışla yanaşmalı, həmrəylik nümayiş etdirməli və qaydalara tam riayət etməlidir. Əks halda daha ciddi probemlərlə üz-üzə qala bilərik. Gəlin ,həmrəylik nümayiş etdirərək qaydalara tam əməl edək. Bəşəriyyət zaman-zaman bu kimi bəlalarla üz-üzə qalıb, ancaq həyat yenidən öz məcrasına qayıdıb. Bu çətinlik də keçəcəkdir.
Eyni zamanda, vətəndaşlara müraciət edərək, bu həssas dönəmdə dəqiqləşdirilməmiş məlumatları yaymamağa və şaiyələrdən uzaq olmağa çağırıram".

Mənbə: sonxeber.az