Qadın karantini pozdu, sevgilisinin görüşünə getdi

Qadın karantini pozdu, sevgilisinin görüşünə getdi

İspaniya vətəndaşı ölkədə tətbiq olunan karantini pozduğu üçün tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Kataloniya polisinin Twitter-dəki hesabına istinadən yayıb.

Bildirilir ki, bir qadın onlayn tətbiqetmədə bir kişi ilə tanış olub və onunla görüşmək üçün karantini pozub.

Martın 14-dən bəri ölkədə insanların hərəkətində məhdudiyyətlər mövcuddur.

İspaniyada koronavirus qurbanlarının sayı artıq Çində ölənlərin sayını ötüb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az