Koronavirus böhranında ruhlandırıcı - FOTO

Koronavirus böhranında ruhlandırıcı - FOTO

İsraildə biri müsəlman digəri yəhudi olan iki səhiyyə işçisi dua etmək üçün işlərinə fasilə veriblər. Onlardan biri üzünü Məkkəyə, digəri Qüdsə tutub. İbadət zamanın çəkilən foto sosial şəbəkələrdə surətlə yayılıb.

"EDNews" CNN-ə istinadən xəbər verir ki, yəhudi Avraham Mintz və müsəlman Zoher Abu Jama gündəlik olaraq birlikdə işləyirlər. Onlar bildirirlər ki, eyni vaxtda, birlikdə ibadət etmək onlar üçün yeni bir şey deyil.

Başqa insanlar üçün isə koronavirus pandemiyasının dünyaya yayıldığı bir vaxta bu şəkil ruhlandırıcı mənzərə olub.

Mənbə: ednews.net